AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

POLŞA ALMANİYA İLƏ SƏRHƏDLƏRİ BAĞLAYIB

  • + A
  • - A
  • 7-07-2025, 16:48

    POLŞA ALMANİYA İLƏ SƏRHƏDLƏRİ BAĞLAYIB

    Polşa Almaniya və Litva ilə sərhədləri müvəqqəti olaraq bağlayıb.
    Polşa rəhbərliyi ölkəyə qanunsuz mühacir axınlarına nəzarəti gücləndirmək məqsədilə belə bir addım atdıqlarını bildirib.

    Bu barədə qərar 30 gün qüvvədə olacaq.

    Rəsmilər müddətin uzadıla biləcəyini də istisna etməyiblər.
    Polşanın radikal sağçı qrupları Almaniyanı mühacirləri Polşa ərazisinə yönləndirməkdə günahlandırıblar.

    Polşanın Almaniya ilə sərhədində 52, Litva ilə sərhədində 13 sərhəd-keçid məntəqəsi yerləşir.
    Sözügedən ölkələr Avropanın Şengen – vizasız hərəkət ərazinə daxildir.
    Polşanın qərarına etiraz edənlər də olub.

    Etirazçılar Polşada mühacir böhranın yaşanmadığını, qərarın radikal sağçı qruplar tərəfindən təşviq olunan həyasız siyasi oyun olduğunu deyiblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR