Putin 2018-ci ildə telefonla ən çox kimlərə zəng edib? — SİYAHI
Rusiya prezidenti Vladimir Putinin il ərzində ən çox hansı dövlət başçıları ilə telefonla danışdığı məlum olub.
“Ölkə.Az” xəbər verir ki, Putin 2018-ci ildə ən çox Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğana zəng edib.
Məlum olub ki, Putinin mobil telefonu yoxdur və bütün zəngləri kabinetindən edib. Putinə birbaşa zəng edən insanların sayı bir neçə nəfərdir.
Putin Ərdoğana bu il düz 19 dəfə zəng edib. İki lider əsasən Suriya və Orta Şərqdə əməkdaşlıq mövzusunda söhbət ediblər.
Ərdoğandan sonra ikinci yerdə Fransa prezidenti Emmanuel Makrondur. Putin Makrona 13 dəfə zəng edib. Rusiya prezidenti Qazaxıstan lideri Nursultan Nazarbayevlə 11, İsrailin baş naziri Netanyahu ilə 10, Almaniyanın baş naziri Angela Merkel ilə 8 dəfə telefonda danışıb.
Rus liderin zəng etdiyi insanlar arasında Azərbaycan prezidenti İlham Əliyev də var. Putin İlham Əliyevə il ərzində 3 dəfə zəng edib. Bundan başqa Putin Türkmənistan və Özbəkistanın da dövlət rəhbərlərinə 3 dəfə, Belarus prezidentinə isə 5 dəfə zəng edib.
Putinin ən az zəng etdiyi dövlət başçıları ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Pyotr Poroşenkodur. Rusiya lideri onlara cəmi iki dəfə zəng edib. İran, Finlandiya, Misir və Cənubi Osetiya liderləri ilə də Putin cəmi 2 dəfə telefonla danışıb.