İSRAİL DEYR ƏL-BƏLƏHƏ MÜDAXİLƏYƏ BAŞLAYIB
İsrail hərbi qüvvələri Fələstinin Qəzza Zolağı regionu Deyr əl-Bələh şəhərinə yerüstü və havadan müdaxiləyə başlayıb.
Bu bölgə Qəzzanın digər regionları Rəfah və Xan-Yunisdən qaçan minlərlə insanla doludur.
Eyni zamanda, HƏMAS-ın girov götürdüyü israillilərin də Deyr əl-Bələhdə saxlanıldığı iddia olunur.
İsrail hərbi komandanlığı əməliyyat keçiriləcək bölgələrin təxliyəsinə əmr verib.
Bu arada, İsrail hərbi qüvvələrinin Qəzzada humanitar yardıma ehtiyac duyan insanlara atəş açdığı bildirilir.
HƏMAS-ın səhiyyə nazirliyindən verilən məlumata görə, hadisə nəticəsində 67 nəfər ölüb.
Hadisə Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramı Qəzzaya 25 yük avtomobil ilə yardım aparan zaman baş verib.
Ac mülki insan izdihamı karvandan yardım almağa çalışıb.
Lakin İsrail hərbi qüvvələri onlara atəş açıb.
İsrail hərbi komandanlığı atəşin xəbərdarlıq məqsədilə açıldığını bildirib.
Qəzzada sutka ərzində 18 nəfərin acından öldüyü qeyd olunur.
Aviazərbələr nəticəsində ölənlər də daxil olmaqla, ümumilikdə, 93 nəfər ölüb.
İsrail ilə HƏMAS arasında qarşıdurmanın fəal mərhələsi 2023-cü ildə HƏMAS-ın İsrailə hücum edərək 1200 nəfəri öldürməsi və 251 nəfəri girov götürməsindən sonra başlayıb.
İsrailin HƏMAS-a qarşı əməliyyatlar çərçivəsində Qəzzanı indiyə qədər bombalaması 58 900-dən çox insanın ölümünə səbəb olub.