AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

RUSİYA KİYEVƏ HÜCUM EDİB

  • + A
  • - A
  • Dünən, 16:09

    RUSİYA KİYEVƏ HÜCUM EDİB

    Rusiya hərbi qüvvələri Ukraynanın paytaxtı Kiyev və digər vilayətlərə dronlar və raketlərlə hücum edib.
    Mülki infrastruktur obyektlərinin vurulması nəticəsində 2 nəfər ölüb, 15 nəfər yaralanıb.

    Kiyev rəsmiləri Rusiyanın uşaq bağçası, supermarket və anbarları hədəfə aldığını bildirib.
    Dronlardan 200-ü zərərsizləşdirilib.

    Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinə müharibəni dayandırması üçün 50 gün vaxt verib.
    Tramp Putin çağırışa əməl etməsə, Rusiyaya qarşı sanksiyaları sərtləşdirəcəklərinə dair xəbərdarlıq edib.

    Ekspertlər isə Rusiyanın Ukraynaya hücumlarını intensivləşdirəcəyini gözlədiklərini deyiblər.
    Ukrayna prezidenti Volodimir Zelenski isə Rusiya ilə sülh danışıqlarını bərpa etməyi təklif edib.
    Ukrayna artıq 3 ildən çoxdur ki, Rusiya ilə fəal şəkildə müharibə aparır və müharbədə ərazisinin təxminən 20 faizinə nəzarəti itirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR