TRAMP TEXNOLOJİ İSLAHATLARINI TƏQDİM EDİB
ABŞ Prezidenti Donald Tramp texnologiya sahəsində yeni dövrə start verir. Vaşinqtonda keçirilən süni intellekt sammitində Tramp ölkəsinin qlobal süni intellekt yarışında liderliyə can atacağını bəyan etdi.
Prezident Tramp "Süni İntellekt Fəaliyyət Planı" adlı yeni təşəbbüsünü təqdim etdi. Plana əsasən, süni intellekt sahəsində innovasiyalar qarşısındakı ekoloji və hüquqi maneələr aradan qaldırılacaq, yüksək texnologiyalı mərkəzlərin tikintisi sürətləndiriləcək, Amerika istehsalı olan məhsulların beynəlxalq bazarlarda satışına dəstək veriləcək.
O, bəyan etdi ki, ABŞ heç bir xarici ölkəyə texnologiya yarışında uduzmayacaq:
"Bizim uşaqlarımız düşmənlərin alqoritmləri ilə idarə olunan dünyada yaşamayacaq" – deyə Tramp vurğuladı.
Prezident, federal səviyyədə vahid qaydaların tətbiqini vacib sayır və 50 müxtəlif ştat qanunlarının texnologiya inkişafını əngəlləməməli olduğunu bildirir
Tramp eyni zamanda Google, OpenAI və Meta kimi şirkətləri tərifləyərək, onların Amerikanın texnoloji gücünü təmsil etdiyini söylədi.