AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ANTİKORRUPSİYA QANUNU TƏNQİD OLUNUB

  • + A
  • - A
  • Dünən, 08:12

    ANTİKORRUPSİYA QANUNU TƏNQİD OLUNUB

    Ukrayna parlamentinin qəbul etdiyi və Prezident Zelenskinin imzaladığı yeni antikorrupsiya qanunu geniş ictimai narazılıq və beynəlxalq tənqidlərə səbəb olub.

    Sənədin Milli Antikorrupsiya Bürosu və Xüsusi Antikorrupsiya Prokurorluğunun müstəqilliyini zəiflətməsi, onların siyasi nəzarət altına salınması ilə bağlı narahatlıqlar artır.

    Qanunun qüvvəyə minməsindən sonra Kiyev, Xarkov və Lvovda kütləvi etiraz aksiyaları keçirilib. Aksiya iştirakçıları qanunun Avropa İttifaqına inteqrasiya prosesini təhlükəyə atdığını bildiriblər.

    Etirazlar fonunda Prezident Zelenski ölkənin aparıcı antikorrupsiya orqanları ilə fövqəladə müşavirə keçirib. O, hüququn aliliyinin təmin olunması üçün yeni qanunvericilik təşəbbüslərinin hazırlanacağını açıqlayıb.

    Avropa İttifaqı və beynəlxalq təşkilatlar Ukrayna hakimiyyətindən antikorrupsiya institutlarının müstəqilliyini təmin etməyi və hüquqi islahatlara sadiqliyi nümayiş etdirməyi tələb edirlər.

    Prezident yaxın iki həftədə hüquqi boşluqların aradan qaldırılmasını və şəffaflığın gücləndirilməsini hədəfləyən fəaliyyət planı təqdim olunacağını bildirib.

    Ekspertlərə görə, müharibə şəraitində yaranan bu siyasi böhran Ukraynanın beynəlxalq mövqeyinə mənfi təsir göstərə bilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR