AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Netanyahu danışıqlarda iştirak edənləri Qətərdən İsrailə geri çağırıb

  • + A
  • - A
  • 24-07-2025, 20:30

    Netanyahu danışıqlarda iştirak edənləri Qətərdən İsrailə geri çağırıb

    İsrailin Baş naziri Binyamin Netanyahu girovların azad edilməsi üzrə danışıqlarda iştirak edən qrupu məsləhətləşmələrin İsraildə davam etdirilməsi üçün Qətərdən geri çağırıb.

    Bu barədə “The Times of Israel” hökumət başçısının mətbuat xidmətinin bəyanatına istinadən bildirir.

    "Biz Qətər və Misirdən olan vasitəçilərin, eləcə də ABŞ-nin xüsusi nümayəndəsi Stiv Vitkoffun danışıqlarda irəliləyişə nail olmaq üçün göstərdikləri səyləri qiymətləndiririk", - bəyanatda qeyd olunub.

    Nəşr bildirib ki, bu qərar HƏMAS-ın atəşkəs və girovların azad edilməsi ilə bağlı son təklifə cavab verməsindən sonra qəbul edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR