ABŞ Rusiyaya qarşı ikinci dərəcəli sanksiyaların tətbiqi imkanını araşdırır.
Bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
"Biz bütün bu vəziyyəti nəzərdən keçiririk. Ola bilsin ki, Rusiyaya qarşı ikinci dərəcəli sanksiyalar tətbiq etməli olacağıq", - o qeyd edib.
Jurnalistin bunun 50 gündən az müddətdə baş vermə ehtimalı barədə dəqiqləşdirici sualına Tramp belə cavab verib: "Bəlkə də".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.