AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qəzza zolağında partlayış nəticəsində iki İsrail hərbçisi həlak olub, zabit yaralanıb

  • + A
  • - A
  • Bu gün, 12:30

    Qəzza zolağında partlayış nəticəsində iki İsrail hərbçisi həlak olub, zabit yaralanıb

    Qəzza zolağının cənub hissəsində baş verən partlayış nəticəsində iki əsgər həlak olub, bir zabit isə orta dərəcəli xəsarət alıb.

    Bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

    Məlumatda həlak olan əsgərlərin adları açıqlanıb:

    22 yaşlı kapitan Amir Saad Texnologiya və Texniki Təchizat Korpusunun zabiti, Qolani briqadasının kəşfiyyat bölüyündə xidmət edib.

    20 yaşlı Çavuş İnon Nuriel Vana Texnologiya və Texniki Təchizat Korpusunun əsgəri, Qolani briqadasının kəşfiyyat bölüyündə xidmət edib.

    Orta dərəcədə yaralanmış Qolani kəşfiyyat bölüyünün zabiti xəstəxanaya yerləşdirilib, onun vəziyyəti sabitdir.

    Qeyd edilir ki, ilkin araşdırmasına görə, əsgərlər Xan Yunisdəki əməliyyatlar zamanı Namer tipli zirehli personal daşıyıcısında olublar və həmin vaxt partlayıcı qurğu ilə hədəf alınıblar.

    Hərbi komandanlıq partlayıcının zirehli texnikaya qarşı necə işə salındığını araşdırmaqda davam edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR