AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BÖYÜK BRİTANİYA FƏLƏSTİNİ TANIYA BİLƏR

  • + A
  • - A
  • Dünən, 08:08

    BÖYÜK BRİTANİYA FƏLƏSTİNİ TANIYA BİLƏR

    Böyük Britaniyanın Baş naziri Kеir Starmer bildirib ki, əgər İsrail Qəzzada vəziyyətin yaxşılaşdırılması üçün konkret və təsirli addımlar atmasa, London sentyabr ayında Fələstin dövlətini rəsmən tanıyacaq.

    Qərarın, BMT Baş Assambleyasının növbəti sessiyası zamanı elan olunacağı gözlənilir. Şərtlərə atəşkəsin əldə olunması, iki dövlətli həllə dair öhdəlik və BMT-nin yardım əməliyyatlarının bərpası daxildir.

    Kеir Starmer bu addımı “Qəzzadakı dözülməz humanitar vəziyyət” və “iki dövlətli həll perspektivlərinin təhlükə altında qalması” ilə əsaslandırıb.

    "Biz Fələstin dövlətini tanımağa hazırıq. Amma bu, beynəlxalq hüquqa əsaslanan, davamlı və ədalətli sülh prosesinin tərkib hissəsi olmalıdır. Qəzzada vəziyyət dözülməzdir. İndi hər kəs məsuliyyətli davranmalıdır."

    İsrailin Baş naziri Benyamin Netanyahu bu açıqlamaya sərt reaksiya verib. O, qərarın “HƏMAS terrorçuluğunu mükafatlandırmaq” anlamına gələcəyini deyib. ABŞ da tanınmanın yalnız sülh prosesinin tərkib hissəsi kimi mümkün olduğunu bildirir.

    Xatırladaq ki, Fransa da sentyabrda Fələstini tanıyacağını açıqlayıb. Almaniya isə belə bir addımı yalnız yekun sülh planı çərçivəsində mümkün sayır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR