AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

UKRAYNA - ABŞ SİLAH RAZILAŞMASI TƏSDİQLƏNİB

  • + A
  • - A
  • Dünən, 08:39

    UKRAYNA - ABŞ SİLAH RAZILAŞMASI TƏSDİQLƏNİB

    Ukrayna ilə ABŞ arasında genişmiqyaslı silah sazişi üzrə əsas prinsiplər razılaşdırılıb. Prezident Volodimir Zelenski bu barədə xalqa müraciətində bildirib. O qeyd edib ki, bu razılaşma təkcə Ukraynanın müdafiəsini YOX, həm də regionda təhlükəsizliyi möhkəmləndirmək məqsədi daşıyır.

    Ukrayna lideri ABŞ Prezidenti Donald Trampın Rusiya ilə bağlı yeni atəşkəs təşəbbüsünü də müsbət dəyərləndirib. Tramp bildirib ki, Rusiya Prezidenti Vladimir Putinə Ukraynadakı müharibəni dayandırmaq üçün cəmi 10 gün vaxt verilib. Bu, Trampın iki həftə əvvəl elan etdiyi 50 günlük müddətin xeyli qısaldılması deməkdir. ABŞ rəhbərliyi hesab edir ki, Putin sülh danışıqlarını uzatmaqla döyüş meydanında daha çox üstünlük qazanmağa çalışır.

    Son günlər Rusiya ordusunun Ukraynanın mülki və hərbi obyektlərinə endirdiyi zərbələr artıb. Raket hücumları nəticəsində Ukrayna ordusunun təlim poliqonuna zərbə endirilib, azı 3 hərbçi həlak olub, 18 nəfər yaralanıb. U.N. hesabatına əsasən, 2025-ci ilin ilk altı ayında Rusiyanın hücumları nəticəsində 6 min 754 mülki şəxs ölüb və ya yaralanıb. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 54 faiz artım deməkdir.

    Digər tərəfdən, Türkiyə də Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə töhfə verməyə hazır olduğunu bir daha bəyan edib. Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Milli Təhlükəsizlik Şurasının bəyanatında qeyd olunub ki, Ankara danışıqlara vasitəçilik etməyə və daimi sülh üçün istənilən səylərə qoşulmağa hazırdır.

    Xatırladaq ki, iyulun 23-də İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında üçüncü raund danışıqlar keçirilib. Görüş zamanı tərəflər hərbi əsirlər və mülki şəxslərin mübadiləsi barədə razılığa gəliblər. Rusiya, həmçinin, siyasi, hərbi və humanitar məsələlərin həlli üçün üç ayrı işçi qrupunun yaradılmasını təklif edib. Dördüncü raundun tarixi əldə olunan razılaşmaların icrasından sonra müəyyən olunacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR