AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

NASA VƏ HİNDİSTAN KOSMOSA PEYK BURAXIB

  • + A
  • - A
  • Dünən, 08:41

    NASA VƏ HİNDİSTAN KOSMOSA PEYK BURAXIB


    ABŞ-ın Aeronavtika və Kosmos İdarəsi – NASA ilə Hindistan Kosmik Tədqiqatlar Təşkilatının – ISRO-nun birgə həyata keçirdiyi və NISAR adlandırılan peyk missiyası uğurla orbitə buraxılıb. Ümumi dəyəri 1,3 milyard dollar olan bu layihə, Yer səthində baş verən dəyişiklikləri yüksək dəqiqliklə izləməyi və təbii fəlakətlərin erkən proqnozlaşdırılmasını hədəfləyir.

    Missiya çərçivəsində buraxılan peyk, hər 12 gündə eyni ərazi üzərindən keçərək, torpaq və buz örtüyündə cəmi bir santimetr ölçüsündə belə dəyişiklikləri qeydə almaq imkanına malikdir. Peykin üzərində yerləşdirilmiş ikili radar sistemləri — biri ABŞ, digəri Hindistan istehsalı olmaqla — gecə-gündüz, buludlu və ya yağıntılı hava şəraitində fasiləsiz işləyəcək.

    NASA-nın təqdim etdiyi aşağı tezlikli radar və qızıl örtüklü, 12 metr diametrli anten sisteminə Hindistan tərəfindən hazırlanmış yüksək tezlikli radar və peykin əsas strukturu əlavə olunub. Buraxılış Hindistanın Benqal körfəzində yerləşən adadan həyata keçirilib.

    NASA-nın Elm missiyaları rəhbəri Nikki Foks peyki “Yer müşahidəsində yeni dövrün başlanğıcı” kimi qiymətləndirib. Rəsmi məlumatlara əsasən, peyk əməliyyatlarına 2025-ci ilin oktyabr ayının sonunda tam miqyasda başlanacaq.

    NISAR peyki buzlaqların əriməsi, yeraltı su ehtiyatlarının azalması, torpaq sürüşmələri, seysmik aktivliklər və meşə örtüyündəki dəyişikliklər kimi prosesləri monitorinq etməklə, iqlim dəyişikliyi və fövqəladə hallar üzrə tədqiqatlarda əhəmiyyətli rol oynayacaq.

    Qeyd edək ki, bu, ABŞ və Hindistan arasında indiyədək həyata keçirilmiş ən böyük kosmik əməkdaşlıq layihəsidir və beynəlxalq elmi ictimaiyyətin istifadəsi üçün geniş məlumat bazası yaradacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR