ABŞ VƏ PAKİSTAN ENERJİ SAZİŞİ İMZALAYIB
Vaşinqton Pakistanın neft ehtiyatlarının işlənməsinə qoşulub. Bu barədə ABŞ prezidenti Donald Tramp özünün "Truth Social" sosial şəbəkəsində bildirib.
"Biz Pakistanla bir razılaşma imzaladıq. Bu razılaşmaya əsasən, Pakistan və Birləşmiş Ştatlar onların nəhəng neft ehtiyatlarının işlənməsi üzərində birlikdə çalışacaqlar. Hal-hazırda bu tərəfdaşlığa rəhbərlik edəcək neft şirkətini seçmək prosesindəyik. Kim bilir, bəlkə bir gün onlar Hindistana da neft satacaqlar!"
Trampın bu açıqlaması ABŞ-ın Hindistanla iqtisadi münasibətlərində gərginliyin artdığı bir dövrə təsadüf edir. Belə ki, prezidentin əvvəlki bəyanatına əsasən, avqustun 1-dən etibarən Hindistandan idxal edilən məhsullara, o cümlədən enerji daşıyıcılarına 25 faizlik gömrük rüsumları tətbiq ediləcək.