AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

HİZBULLAH SİLAHDAN İMTİNANI RƏDD EDİB

  • + A
  • - A
  • Dünən, 08:44

    HİZBULLAH SİLAHDAN İMTİNANI RƏDD EDİB


    Livanda fəaliyyət göstərən Hizbullah təşkilatının baş katibi müavini Naim Qasim ölkə daxilində və beynəlxalq səviyyədə artan silahsızlanma çağırışlarını qətiyyətlə rədd edib. O, bu açıqlamanı təşkilatın hərbi komandiri Fuad Şükrün qətlə yetirilməsinin birinci ildönümü münasibətilə yayımlanan televiziya müraciətində səsləndirib.

    Qasimin sözlərinə görə, Hizbullahın əlindəki silahlar yalnız İsrailə qarşı “müqavimət məqsədilə” istifadə olunur və Livanın daxili siyasəti ilə əlaqəsi yoxdur:
    “Bu silahlar Livanın güc mənbəyidir. Biz dialoqa açığıq, lakin bu silahlar ləğv olunmaq üçün deyil, ölkənin strateji gücünə daxil edilmək üçün mövcuddur. Bu gün istər ölkə daxilində, istərsə də xaricdən kim silahların təhvil verilməsini tələb edirsə, əslində İsrailin maraqlarına xidmət edir.”

    ABŞ və bəzi ərəb ölkələri Hizbullahın raket və pilotsuz uçuş aparatlarını ləğv etməsini tələb edir. Qasim isə bu tələbləri Livanın təhlükəsizliyinə təhdid kimi dəyərləndirir.

    Xatırladaq ki, İsrail və Hizbullah arasında ötənilki müharibədən sonra qüvvədə olan atəşkəsə baxmayaraq, İsrail ordusu cənub Livanda nəzarəti altında saxladığı 5 sərhəd məntəqəsində möhkəmlənməkdə və hava zərbələri endirməkdə davam edir. Bu hücumlar nəticəsində noyabr ayından bəri azı 250 nəfər, ötənilki döyüşlərdə isə 4 mindən çox şəxs həlak olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR