AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ MƏRKƏZİ BANKI FAİZLƏRİ DƏYİŞMƏYİB

  • + A
  • - A
  • Dünən, 08:45

    ABŞ MƏRKƏZİ BANKI FAİZLƏRİ DƏYİŞMƏYİB


    ABŞ Federal Ehtiyat Sistemi – yəni Mərkəzi Bank – bu il artıq beşinci dəfədir ki, əsas faiz dərəcəsini dəyişmədən saxlayır. Qərara əsasən, uçot dərəcəsi təxminən 4.3 faiz səviyyəsində qalıb. Prezident Donald Trampın faiz endirimi ilə bağlı dəfələrlə etdiyi çağırışlar isə nəzərə alınmayıb.

    FED sədri Cerom Pauell mətbuat konfransında bildirib ki, Tramp administrasiyasının tətbiq etdiyi gömrük tarifləri inflyasiyanın artmasına səbəb olmağa başlayıb. Onun sözlərinə görə, bu artımın müvəqqəti yoxsa davamlı olduğunu müəyyənləşdirmək üçün hələ vaxt tələb olunur.

    İclas zamanı idarə heyətində fikir ayrılığı da qeydə alınıb. İki üzv faizlərin endirilməsini dəstəkləsə də, doqquz nəfər dəyişiklik edilməməsinin lehinə səs verib. Bu, FED daxilində son onilliklərin ən açıq fikir ayrılıqlarından biri kimi qiymətləndirilir.

    Pauell əlavə edib ki, “sentyabr iclası üçün hələ heç bir qərar yoxdur.” Ekspertlər isə bildirirlər ki, erkən faiz endirimi inflyasiyanı sürətləndirə, gecikmə isə əmək bazarını zəiflədə bilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR