AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

KANADA FƏLƏSTİN DÖVLƏTİNİ TANIYACAQ

  • + A
  • - A
  • Dünən, 08:47

    KANADA FƏLƏSTİN DÖVLƏTİNİ TANIYACAQ

    Kanada hökuməti, 15 ölkə ilə birlikdə yayımladığı birgə bəyanatda Fələstin dövlətinin tanınmasının iki dövlətli həll yolunda vacib addım olduğunu vurğulayıb. Baş nazir Mark Karninin açıqlamasına əsasən, rəsmi Ottava, sentyabr ayında keçiriləcək BMT Baş Assambleyasının 80-ci sessiyasında Fələstin Dövlətini tanımağa hazırlaşır.

    Bəyanatda qeyd olunur ki, Fələstin dövlətinin tanınması, Yaxın Şərqdə dayanıqlı sülh və təhlükəsizlik üçün zəruri şərtdir. Kanada ilə yanaşı, Avstraliya, Fransa, İspaniya, Norveç və digər Avropa ölkələri də bu mövqeyi dəstəkləyib.

    Rəsmi Ottava bu addımı bir sıra şərtlərlə əlaqələndirir. Onların sırasında Fələstin Muxtariyyətində institusional islahatlar, ümumi seçkilərin keçirilməsi və bu prosesdə radikal qrupların iştirakına yol verilməməsi xüsusi qeyd olunur. Eyni zamanda, gələcək Fələstin dövlətinin silahsızlaşdırılması məsələsi də ön plandadır.

    Birgə bəyanat “Nyu-York çağırışı” adı altında təqdim edilib və bu sənəddə Fələstini hələ tanımayan ölkələrə konkret çağırış ünvanlanıb. Məqsəd – beynəlxalq ictimaiyyətin iki dövlətli həllə dəstəyini artırmaq və regional sabitliyə töhfə verməkdir.

    Hal-hazırda dünyada 140-dan çox ölkə Fələstin dövlətini tanıyıb. Fransa və Böyük Britaniya da yaxın vaxtlarda bu istiqamətdə konkret addımlar atacaqlarını bəyan ediblər.

    Analitiklərə görə, bu kimi qərarlar hər nə qədər siyasi simvolizm daşısa da, İsrailin Qəzza zolağındakı hərbi əməliyyatlarına qarşı beynəlxalq səviyyədə artan narazılığın göstəricisidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR