ÇİN E-VTOL İLƏ İLK DƏFƏ YÜK DAŞIYIB
Çin istehsalı olan elektriklə işləyən şaquli qalxan və enən hava nəqliyyat vasitəsi ilk dəfə olaraq dənizdə yerləşən neft platformasına material daşıyaraq tarixi uçuş reallaşdırıb.
Bu yenilikçi missiya Cənubi Çinin Şençjen şəhərindən başlayıb və 150 kilometr məsafədə yerləşən Çin Milli Dəniz Neft Korporasiyasına məxsus platformaya uğurla çatmaqla yekunlaşıb. 58 dəqiqəlik uçuş zamanı pilotsuz təyyarə təzə meyvələr, təcili tibbi ləvazimatlar və digər gündəlik tələbat mallarını daşıyıb.
Hazırda Çin dəniz platformalarına əsasən gəmilər vasitəsilə təchizat həyata keçirir, bu isə 10 saata qədər vaxt aparır. Helikopterlər isə yalnız fövqəladə hallarda istifadə olunur və bu üsul həm bahalı, həm də məhdud imkanlıdır.
Yeni nəsil eVTOL texnologiyası isə dəniz logistikası sahəsində çevik və sərfəli alternativ kimi çıxış edir.