AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İRAN VƏ PAKİSTAN QƏZZA ÜÇÜN ÇAĞIRIŞ EDİB

  • + A
  • - A
  • Bu gün, 08:03

    İRAN VƏ PAKİSTAN QƏZZA ÜÇÜN ÇAĞIRIŞ EDİB

    İran Prezidenti Məsud Pəzəşkian prezident seçildikdən sonra ilk rəsmi xarici səfərini Pakistana edib. Səfər çərçivəsində o, Pakistanın Baş naziri Şahbaz Şərif və Prezident Asif Əli Zərdari ilə bir sıra ikitərəfli görüşlər keçirib.

    İslamabadda keçirilən birgə mətbuat konfransında Prezident Pəzəşkian bildirib ki, regionda artan gərginlik, xüsusilə də İsrailin Fələstin, Suriya və Livana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar, ciddi narahatlıq doğurur. O, bu hücumların beynəlxalq hüququn pozulması və bölgənin sabitliyinə təhdid olduğunu vurğulayıb:

    SİTAT Masud Pəzəşkian, İran Prezidenti:
    “Sionist rejimin Fələstin, Livan və Suriyada insanlığa qarşı cinayətləri, Qəzzada davam edən soyqırımı və təcavüzkar hərəkətləri beynəlxalq ictimaiyyət tərəfindən dərhal dayandırılmalıdır. Bu məsələ görüşlərimizdə də xüsusi vurğulandı.”

    Prezident Pəzəşkian əlavə edib ki, İran və Pakistan regionun digər müsəlman ölkələri ilə birlikdə, İsrailin təcavüzünə qarşı daha təsirli və praktik əməkdaşlıq formatlarının formalaşdırılması istiqamətində təşəbbüsləri dəstəkləyir.

    Şahbaz Şərif isə çıxışında Qəzzada baş verən hadisələrin insanlıq adına utancverici olduğunu bildirib və atəşkəsə çağırış edib. O, İslam ölkələri ilə yanaşı, bütün beynəlxalq ictimaiyyəti bu məsələdə həmrəy olmağa çağırıb.

    Səfər zamanı iki ölkə arasında ticarət, enerji və sərhəd təhlükəsizliyi sahələrində əməkdaşlığı gücləndirən bir sıra sazişlər də imzalanıb. Rəsmi İslamabad və Tehran bu səfəri strateji tərəfdaşlığın yeni mərhələsi kimi qiymətləndirir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR