ÇİNDƏ FIRTINA DAŞQINLARA SƏBƏB OLUB
Çinin cənubunda yerləşən Quandong əyalətinin bəzi hissələrində güclü fırtına daşqınlara səbəb olub. Çin mediasının məlumatına görə, iki gündür davam edən güclü yağışlar əyalətdəki 16 çayın səviyyəsini artırıb. Əyalətdən cənub- şərqdə yerləşən Huizi şəhərində son 24 saat ərzində güclü yağıntı küçələri,yaşayış məntəqələrini və kəndləri su altında qoyub.
Biznes obyektləri, məktəblər bağlanılıb ,1000 nəfərdən çox şəxs təxliyə olunub. Təbii fəlakət nəticəsində hələki insan itkisi barədə məlumat yoxdur.