Ukrayna və ABŞ Prezidentləri Volodimir Zelenski ilə Donald Tramp telefonla danışıb.
Bununla bağlı Zelenski teleqramda paylaşım edib.
Onun sözlərinə görə, tərəflər çoxsaylı insan tələfatı ilə bağlı sülh prosesinin sürətləndirilməsinin vacibliyini bildiriblər:
“Qətllərin qarşısını ən tez versiyada almaq lazımdır. Bunun tərəfdarıyıq. Aylar müharibəsiz keçə bilərdi”.
Zelenski rəsmi Vaşinqtonla müdafiə sahəsində tərəfdaşlıqla bağlı sazişin mətninin hazır olduğunu da bildirib və Trampa sülh səylərinə görə təşəkkür edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.