AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

FRANSADA MEŞƏ YANĞINI FÖVQƏLADƏ HAL ALIB

  • + A
  • - A
  • Bu gün, 08:03

    FRANSADA MEŞƏ YANĞINI FÖVQƏLADƏ HAL ALIB


    Fransanın cənubunda, Narbona şəhəri yaxınlığında yerləşən dağlıq ərazidə çərşənbə axşamı başlayan meşə yanğını ölkədə bu yay qeydə alınan ən böyük yanğın kimi qiymətləndirilir. Üç gün ərzində 17 min hektar ərazi külə çevrilib, ümumilikdə 15 bələdiyyə alovdan zərər çəkib. Alov hələ də bir neçə istiqamətdə aktiv olaraq qalır. Hadisə nəticəsində Saint-Laurent-de-la-Cabrerisse kəndində yaşayan 65 yaşlı bir qadın evində həyatını itirib. Bundan əlavə, 11-i yanğınsöndürən olmaqla 13 nəfər yaralanıb.

    Daxili İşlər naziri Bruno Retailleau və Baş nazir François Bayrou hadisəni “misli görünməmiş miqyasda fəlakət” adlandırıblar. Hazırda yanğının söndürülməsi üçün 2 minədək xilasedici qüvvə, həmçinin bir neçə yanğınsöndürən hidroavion və helikopter cəlb olunub. Rəsmilər bildirir ki, əsas məqsəd güclü küləklər başlamadan alovu stabilləşdirməkdir.

    Son saatlarda yanğının yayılma sürəti azalsa da, meteoroloqlar və xilasedicilər güclü küləyin istənilən an alovu yenidən gücləndirə biləcəyi barədə xəbərdarlıq edir. Yanğınsöndürənlər “tez və güclü” müdaxilə strategiyası ilə 24 saat rejimində işləyərək, alovun yaşayış məntəqələrinə çatmasının qarşısını almağa çalışırlar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR