AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İNGİLTƏRƏ UÇOT DƏRƏCƏSİNİ YENİDƏN ENDİRİB

  • + A
  • - A
  • Bu gün, 08:05

    İNGİLTƏRƏ UÇOT DƏRƏCƏSİNİ YENİDƏN ENDİRİB

    İngiltərə Bankı son bir ildə beşinci dəfə faiz dərəcəsini endirib. Yenilənmiş qərarla əsas faiz dərəcəsi 4 faiz səviyyəsinə salınıb. Bu, son iki il yarımın ən aşağı göstəricisidir.

    Yeni qərara görə, dəyişkən ipoteka krediti olan ailələr üçün təxminən 140 min funtluq borca görə aylıq ödənişlərdə 30 funt sterlinqə qədər azalma gözlənilir.

    Bankın rəhbəri Endryu Beyli qərarın "incə tarazlıq" üzərində qurulduğunu deyib. Onun sözlərinə görə, faizlərin enmə tendensiyası davam edəcək, lakin gələcək addımlar ehtiyatla atılmalıdır.

    Bununla belə, Bank inflyasiya proqnozlarını artıraraq xəbərdarlıq edib ki, ərzaq qiymətlərindəki artım səbəbilə 2025-ci ildə inflyasiya təzyiqləri güclənəcək.

    Yeni proqnozlara görə, inflyasiya bu ilin sentyabrında 4 faizədək yüksələcək. Ərzaq inflyasiyası isə 5.5 faizə çata bilər.

    Bank bunun səbəbləri arasında pis hava şəraiti, məhsul qıtlığı və əmək xərclərinin artmasını göstərib. Əmək haqqı artımı və sosial sığorta yığımları da qiymətlərin qalxmasına təsir edən əsas amillər sırasındadır.

    İngiltərədə işsizlik səviyyəsi də artaraq son dörd ilin pik həddinə – 4.7 faizə çatıb. Bankın proqnozlarına görə, gələn il bu rəqəm 5 faizə yüksələ bilər və iqtisadi artım zəif qalmaqda davam edəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR