AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

PUTİN HİNDİSTANA SƏFƏRƏ HAZIRLAŞIR

  • + A
  • - A
  • Bu gün, 08:06

    PUTİN HİNDİSTANA SƏFƏRƏ HAZIRLAŞIR


    Rusiya Prezidenti Vladimir Putinin bu ilin sonuna qədər Hindistana rəsmi səfəri gözlənilir. Səfərin dəqiq tarixi hələlik rəsmi şəkildə təsdiqlənməsə də, Rusiya mediası və rəsmi şəxslər müxtəlif versiyalar səsləndirirlər.

    Pro-Kreml “Vy Slushali Mayak” Telegram kanalının yaydığı məlumata görə, Hindistanın milli təhlükəsizlik müşaviri Ajit Doval Rusiya Təhlükəsizlik Şurasının rəhbəri Sergey Şoyqu ilə görüşündə Putinin avqustun sonlarında Hindistana gələcəyini deyib. Amma “TASS” agentliyi elə həmin görüşdən sitat gətirərək, səfərin ilin sonuna planlaşdırıldığını qeyd edir.

    Bu arada, Hindistanın Baş naziri Narendra Modinin də avqustda Çinə səfər edəcəyi bildirilir. Bu isə ehtimal olunan tarixlər arasında toqquşma yarada bilər.

    Ajit Dovalın Moskva səfəri Vaşinqtonun Hindistana qarşı ticarət təzyiqlərinin fonunda baş tutur. ABŞ Prezidenti Donald Tramp Hindistandan idxal olunan mallara əlavə 25 faiz tarif tətbiq edib. Narendra Modi isə cavabında, şəxsi ziyan bahasına olsa belə, qərarlarının arxasında dayanacağını bildirib.

    Qeyd edək ki, Hindistan Rusiyadan neft alışını dayandırmayıb və bu gün Çinlə yanaşı Rusiyanın əsas neft alıcılarından biridir. Modi ötən il Moskvada keçirilən görüşdə Putini 2025-ci il Hindistan-Rusiya sammitinə dəvət etmişdi. Hazırda tərəflər səfər tarixinin razılaşdırılması üzərində çalışır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR