İranda son aylarda İsrailin kəşfiyyat agentliyi “Mossad”a işləməkdə ittiham olunan 20 nəfər saxlanılıb.
Bu barədə məhkəmə hakimiyyətinin nümayəndəsi Əsgər Cahangiri jurnalistlərə bildirib.
“Məhkəmə sistemi İran rejiminin casuslarına və agentlərinə qarşı rəhmli olmayacaq”, - İran mediası onun sözlərindən sitat gətirir.
Ə.Cahangiri qeyd edib ki, saxlanılan 20 nəfərdən bəzilərinə qarşı ittihamlar götürülüb və onlar buraxılıb. Amma o, dəqiq say göstərməyib.
Cahangiri onu da əlavə edib ki, istintaq başa çatdıqdan sonra tam məlumat ictimaiyyətə açıqlanacaq.
Bu il İsrailin xeyrinə casusluqda təqsirli bilinən iranlıların edamlarının sayı kəskin artıb, son aylarda azı 8 ölüm hökmü icra edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.