AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ÇANAQQALADA MEŞƏ YANĞINI DAVAM EDİR

  • + A
  • - A
  • Bu gün, 08:50

    ÇANAQQALADA MEŞƏ YANĞINI DAVAM EDİR

    Çanaqqala vilayətinin Kəpəz rayonunda geniş ərazini əhatə edən meşə yanğını davam edir. Hadisə yerində yanğının söndürülməsi üçün kompleks tədbirlər həyata keçirilir. Yanğınla mübarizədə beş təyyarə, beş helikopter, 32 su maşını, 14 yanğınsöndürən maşın və 455 nəfərlik peşəkar yanğınsöndürən personalı iştirak edir. Küləyin güclü təsiri nəticəsində yanğın sürətlə yayılır və təhlükəsizlik məqsədilə bir kənd sakinləri təxliyə olunub.

    Çanakqala valisi Ömər Toraman bildirib ki, yanğının genişlənməsi səbəbindən Çanakqala boğazı və Çanakqala–Ezine istiqamətində quru yolları müvəqqəti olaraq bağlanıb. Eyni zamanda, Çanakqala aeroportunun bütün fəaliyyətləri yanğının təhlükəsizliyi təmin olunana qədər dayandırılıb.

    Hadisə nəticəsində 77 nəfər müxtəlif dərəcəli yanıq və zəhərlənmə şikayətləri ilə xəstəxanaya yerləşdirilib. Bundan əlavə, bir neçə yaşayış evi və nəqliyyat vasitələri yanaraq tamamilə istifadəsiz vəziyyətə düşüb. Yanğının başlanma səbəbi hələ də araşdırılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR