AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zelenski: Alyaskada danışıqların əsas nöqtəsinin atəşkəs olacağına ümid edirik

  • + A
  • - A
  • Dünən, 19:30

    Zelenski: Alyaskada danışıqların əsas nöqtəsinin atəşkəs olacağına ümid edirik

    Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Tramp arasında Alyaskada danışıqların əsas nöqtəsinin atəşkəs olacağına ümid etdiyini bildirib.

    Bunu o, Almaniya kansleri Fridrix Mertslə Trampın da iştirak etdiyi Avropa ölkələrinin dövlət və hökumət başçılarının Ukrayna üzrə videokonfransının yekunlarına dair birgə mətbuat konfransında deyib.

    "Biz Alyaskada görüş haqqında danışdıq. Ümid edirik ki, danışıqların əsas məqamı atəşkəs olacaq", - Zelenski bildirib.

    Qeyd edək ki, onlayn görüş Mertsin təşəbbüsü ilə Berlində keçirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR