AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Fransada ölümcül listerioz hallarına görə bir şirkətin pendirləri satışdan çıxarılıb

  • + A
  • - A
  • Dünən, 20:00

    Fransada ölümcül listerioz hallarına görə bir şirkətin pendirləri satışdan çıxarılıb

    Fransanın səhiyyə orqanları pendir istehsalçısı olan “Chavegrand” şirkəti ilə birlikdə ölümcül listerioz hallarına görə şirkətin məhsullarını satışdan çıxarır.

    Bu barədə Fransa Kənd Təsərrüfatı Nazirliyinin məlumatında deyilir.

    “Ehtiyat tədbiri olaraq “Chavegrand” şirkəti səhiyyə orqanları ilə birlikdə 23 iyun 2025-ci ilə qədər istehsal edilmiş bütün pendir partiyalarını geri çağırır”, - məlumatda qeyd olunur.

    Oxşar xüsusiyyətlərə malik bakteriya ştammlarının törətdiyi 21 listerioza yoluxma halının aşkar edildiyi, onlardan 18-nin iyunun əvvəlindən baş verdiyi vurğulanır. Səlahiyyətlilər 2 ölüm hadisəsi barədə məlumat verib.

    Milli Səhiyyə Agentliyinin (ANSP) Paster İnstitutu və Qida Baş İdarəsi ilə apardığı araşdırma nəticəsində listerioz halları ilə “Chavegrand” şirkətinin pasterizə edilmiş süddən hazırlanan pendirlərin istehlakı arasında mümkün əlaqə müəyyən edilib. Yumşaq pendirlər avqustun 9-dək müxtəlif əmtəə nişanları ilə həm ölkə daxilində, həm də xaricdə satışa çıxarılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR