AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

RUSİYA “BUVERESTNİK” RAKETİNİ TESTƏ ÇIXARIB

  • + A
  • - A
  • Bu gün, 08:08

    RUSİYA “BUVERESTNİK” RAKETİNİ TESTƏ ÇIXARIB

    Rusiya, nüvə başlığı və nüvə mühərriki ilə təchiz edilmiş “Burevestnik” tipli qanadlı raketin yeni sınağına hazırlaşır. ABŞ-ın iki müstəqil tədqiqatçısı və Qərb təhlükəsizlik mənbələri bu barədə peyk görüntülərinin təhlili əsasında məlumat verib.

    Kaliforniya Mərkəzli Beynəlxalq Araşdırmalar İnstitutundan Cefri Lyuis və Virciniyadakı CNA təşkilatından Dekker Evelet, Novaya Zemlyadakı Pankovo sınaq poliqonunda müşahidə olunan intensiv hərəkətliliyin raket sınağına işarə etdiyini bildirirlər. Peyk fotolarında avadanlıq konteynerləri, xüsusi təyinatlı gəmilər və radar avadanlığı ilə təchiz edilmiş təyyarələr görünür.

    NATO-nun SSC-X-9 Skyfall adlandırdığı bu raket, Rusiya Prezidenti Vladimir Putinin sözlərinə görə, mövcud hava hücumundan müdafiə sistemlərini aşmaq və uzun mənzilli uçuş qabiliyyətinə malikdir. Lakin Qərb ekspertləri onun texniki imkanları və radiasiya riski ilə bağlı suallar qaldırırlar.

    Norveç hərbi qurumları Barens dənizində sınaq hazırlıqlarını təsdiqləsə də, istifadə olunacaq silah növünü açıqlamayıb. ABŞ Müdafiə Nazirliyi və Mərkəzi Kəşfiyyat İdarəsi isə şərh verməkdən imtina edib.

    Mütəxəssislər hesab edirlər ki, bu sınaq cəhdinin Tramp–Putin görüşü öncəsinə təsadüf etməsi beynəlxalq səviyyədə siyasi rezonans yarada bilər. Onların sözlərinə görə, sınaq cədvəli illər əvvəl planlaşdırılsa da, Kremlin bunu dəyişmək və ya dayandırmaq imkanı var idi. Yeni START sazişinin 2026-cı ildə başa çatması fonunda bu raket proqramı Moskva üçün strateji önəm daşıyır.

    “Burevestnik” indiyədək 13 məlum sınaqdan yalnız ikisində qismən uğur qazanıb. Buna baxmayaraq, Rusiya tərəfi hazırlıqları davam etdirir və peyk görüntülərində sınaq qurğusunun üzərindəki hava şəraitindən qoruyan örtüyün kənara çəkildiyi açıq şəkildə görünür.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR