AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ-BRAZİLİYA QARŞIDURMASI DƏRİNLƏŞİR

  • + A
  • - A
  • Bu gün, 07:56

    ABŞ-BRAZİLİYA QARŞIDURMASI DƏRİNLƏŞİR


    Tramp son günlər Braziliya ilə münasibətləri gərginləşdirən addımlar atıb. O, Braziliya məhsullarına 50 faiz gömrük rüsumu tətbiq edib, həmçinin sabiq prezident Jair Bolsonaronu həbsdən xilas etmək üçün Braziliya Ali Məhkəməsinin bir üzvünə sanksiya qoyub. Hazırda Bolsonaro ev dustaqlığındadır və 8 yanvar 2023-də Braziliyada baş verən hökumət binalarına hücumda əsas təşkilatçılardan biri olmaqda ittiham olunur. qarşıdakı həftələrdə ona 40 ilə qədər həbs cəzası verilə bilər. Hazırda Braziliyada 141 nəfər 8 yanvar 2023-də hökumət binalarına hücumda iştirak etdiyinə görə həbs cəzası çəkir. ABŞ-da isə Tramp prezidentliyə qayıtdıqdan sonra 6 yanvar iştirakçılarının əksəriyyətini əfv edib.

    Braziliya Prezidenti Luiz Inácio Lula da Silva, ABŞ lideri Donald Trampın ölkəsinin məhkəmə sisteminə qarşı başladığı kampaniyaya sərt reaksiya verib. Lula bildirib ki, əgər 6 yanvar 2021-də ABŞ Konqresinə hücum hadisələri Braziliyada baş versəydi, Tramp da məhkəmə qarşısına çıxardı.


    Vaşinqton isə Braziliyadakı insan haqları vəziyyətini tənqid edir. ABŞ Dövlət Departamenti, Lula hökumətini Bolsonaro tərəfdarlarının, jurnalistlərin və bəzi siyasətçilərin söz azadlığını məhdudlaşdırmaqda ittiham edib. Lula isə bu iddiaları əsassız adlandıraraq, ölkəsində demokratik prinsiplərin tam şəkildə qorunduğunu vurğulayıb.

    Tramp iqtisadi sahədə ABŞ-ın dünyada lider olduğunu iddia edib. O, Çin də daxil olmaqla digər ölkələrin yaxşı vəziyyətdə olmadığını, Braziliyanın isə “dəhşətli ticarət tərəfdaşı” olduğunu deyib. Trampın sözlərinə görə, Braziliya ABŞ-a qarşı yüksək rüsumlar tətbiq edir, lakin ABŞ indiyədək Braziliyaya demək olar ki, heç bir rüsum qoymayıb.

    Lula Trampın iqtisadi siyasətinə cavab olaraq, böhran anlarının yeni imkanlar yaratdığını bildirib. Onun sözlərinə görə, 201 illik Braziliya-ABŞ diplomatik münasibətləri şəxsi siyasi maraqlar ucbatından risk altına atılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR