AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

SÜNI İNTELLEKTLƏ YENİ ANTİBİOTİK TAPILIB

  • + A
  • - A
  • Bu gün, 08:02

    SÜNI İNTELLEKTLƏ YENİ ANTİBİOTİK TAPILIB

    Süni intellekt köməyi ilə dərmanlara davamlı iki təhlükəli infeksiyaya qarşı yeni antibiotiklər hazırlanıb. Massachusetts Texnologiya İnstitutunun alimləri generativ süni intellekt alqoritmləri ilə 36 milyondan çox kimyəvi maddə modeli qurub.

    Kompüterdə aparılan yoxlamalar nəticəsində ən perspektivli maddələrin mövcud antibiotiklərdən tamamilə fərqli quruluşa malik olduğu və bakteriyaları hüceyrə membranını pozaraq məhv etdiyi aşkar edilib.

    Alimlər iki maddəni xüsusilə önə çıxarır: NG1 dərmanadavamlı gonoreyaya, DN1 isə çoxsaylı antibiotiklərə davamlı MRSA infeksiyasına qarşı güclü təsir göstərib. Bu nəticələr həm laboratoriyada, həm də heyvan modellərində təsdiqlənib.

    Araşdırmanı aparan professor Ceyms Kollins deyir ki, bu layihə antibiotiklərin inkişafında yeni imkanlar açır və əvvəllər mümkün olmayan kimyəvi sahələrin araşdırılmasına şərait yaradır.

    Hazırda bir qeyri-kommersiya təşkilatı maddələrin təkmilləşdirilməsi və gələcək klinik sınaqlara hazırlanması üzərində işləyir. Mütəxəssislər ümid edir ki, süni intellekt gələcəkdə digər təhlükəli bakteriyalara qarşı da yeni müalicə üsulları tapmağa imkan verəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR