AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ÜST-nin Baş direktoru İlham Əliyevə təbrik məktubu göndərib

  • + A
  • - A
  • Bu gün, 14:00

    ÜST-nin Baş direktoru İlham Əliyevə təbrik məktubu göndərib

    Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

    Təbrikdə deyilir:

    "Zati-aliləri,

    Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında bu yaxınlarda əldə edilmiş razılaşma münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram. Sülhü nifaqdan üstün tutmaq cəsarəti təqdirəlayiqdir və bu, Sizin regionun firavanlığına və sabitliyinə olan sadiqliyinizi yüksək səviyyədə nümayiş etdirir. Bu əhəmiyyətli hadisə təkcə münasibətlərin normallaşması istiqamətində mühüm addım deyil, həm də dünyada sülhə zəmin yaradan daha sabit və harmoniyanın mövcud olduğu region vəd edir.

    Çətinliklərə baxmayaraq, dialoqa və diplomatiyaya sadiqliyiniz qətiyyətli liderliyinizin göstəricisidir. İmzalanmış bəyannamə hər iki ölkənin vətəndaşlarına ümid verməklə yanaşı, qlobal miqyasda münaqişələrin həlli üçün müsbət nümunədir. Bu sənəd Azərbaycan və Ermənistan vətəndaşlarının rifahına təsir edən mühüm məsələlərin həllində səmərəli əməkdaşlığa gətirib çıxara bilər.

    Hesab edirəm ki, Ümumdünya Səhiyyə Təşkilatı ilə tərəfdaşlığın gücləndirilməsi Azərbaycanın qlobal səhiyyədə liderlik rolunu artıra bilər. Yoluxucu və qeyri-infeksion xəstəliklərin müalicəsi, ana və uşaq sağlamlığının yaxşılaşdırılması kimi ümumi sağlamlıq məsələlərinə yönələn birgə səylər təkcə Azərbaycan üçün deyil, həm də daha geniş beynəlxalq ictimaiyyət üçün müsbət nəticələr verə bilər.

    Bu əlamətdar nailiyyət münasibətilə Sizi bir daha təbrik edirəm. Sülh və sabitliyə doğru gedən yolda Sizə davamlı uğurlar arzulayıram. Qlobal sağlamlığın qorunması istiqamətində Sizinlə yaxından işləməyi səbirsizliklə gözləyirəm.

    Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR