Yeni Kaledoniya sahillərində 5,6 maqnitudalı zəlzələ olub
Yeni Kaledoniya yaxınlığında yerləşən Luayote adalarının cənub-şərqində 5,6 maqnitudalı zəlzələ baş verib.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin saytında məlumat verilib.
Zəlzələnin ocağı 10 km dərinlikdə, episentri Numea şəhərindən 458 km cənub-şərqdə yerləşib.
Ölən və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.