ABŞ Prezidenti Donald Tramp avropalı müttəfiqləri ilə Ukrayna üçün NATO prinsipləri əsasında təhlükəsizlik zəmanətlərini müzakirə edib.
Bu barədə xarici KİV-lər avropalı rəsmiyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Trampla danışıqların bir hissəsi sülh sazişinin imzalanacağı halda Avropa və ABŞ-nin dəstəyi ilə Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsi prinsipi əsasında Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı olub.
Eyni zamanda avropalı rəsmi bildirib ki, NATO zəmanətlərə cəlb edilməyəcək. Təklifin dəqiq detalları məlum deyil və bu zəmanətlərin necə həyata keçiriləcəyi aydın deyil.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.