AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Boliviyada seçkilər ikinci tura qalıb

  • + A
  • - A
  • Bu gün, 07:59

    Boliviyada seçkilər ikinci tura qalıb

    Boliviyada prezident seçkilərinin birinci turunda namizədlərdən heç biri yetərli səs toplaya bilmədiyi üçün seçkilər ikinci tura qalıb.

    Bu, Ali Seçki Məhkəməsinin (ASM) elan etdiyi səsvermə nəticələri ilə təsbit olunub.

    Senator Rodriqo Pas Pereyra və Boliviyanın keçmiş prezidenti (2001–2002-ci illər) Xorxe Kiroqa ölkənin prezident seçkilərinin ikinci turunda yarışacaqlar.

    “Xristian-Demokrat Partiyası 32,08 %, Azadlıq və Demokratiya Partiyası 26,94 %, Birlik Partiyası isə 19,93% səs toplayıb”, – deyə ASM nümayəndəsi ilkin bülletenlərin 90%-dən çoxunun işlənməsindən sonra keçirdiyi mətbuat konfransında bildirib.

    Birlik Partiyasından namizədliyini irəli sürən iş adamı Samuel Doriya Medina isə öz məğlubiyyətini qəbul edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR