AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tramp seçki sistemində dəyişiklik edib

  • + A
  • - A
  • 20-08-2025, 08:55

    Tramp seçki sistemində dəyişiklik edib

    ABŞ Prezidenti Donald Tramp seçki sistemində yeni dəyişikliklər etməyə hazırlaşır. Dövlət başçısı poçtla səsvermə və elektron səsvermə aparatlarının ləğv olunacağını bildirib.

    Lakin Konstitusiyaya görə, seçkiləri ştatlar idarə edir və prezidentin bu məsələdə səlahiyyəti məhduddur. Buna baxmayaraq, Tramp 2020-ci il seçkilərindəki məğlubiyyətini əsaslandırmaq üçün istifadə etdiyi arqumentləri təkrar gündəmə gətiriB.

    "Ağ Ev bu məsələ üzərində işləməyə davam edir və Konqres paytaxta qayıtdıqdan sonra həm oradakı dostlarımızla, həm də ölkə boyu ştat qanunvericilik orqanları ilə geniş müzakirələr aparılacaq. Məqsədimiz amerikalılar üçün seçkilərdə iştirak etməyi daha asan, seçkilərdə fırıldaq etməyi isə daha çətin etməkdir. Prezident seçkilərin dürüstlüyünü qorumağa çalışır və bu, onun üçün prioritet məsələdir. Biz 2024-cü ildə bu istiqamətdə böyük addımlar atdıq, indi isə prosesi daha da gücləndirmək istəyirik. Təəccüblüdür ki, Demokrat Partiyası belə sağlam düşüncəyə qarşı çıxır, lakin prezident seçki təhlükəsizliyinin təmin olunmasında israrlıdır."

    ABŞ-da keçirilən sorğular göstərir ki, respublikaçı seçicilər poçt vasitəsilə səsverməyə demokrat və müstəqil seçicilərdən daha az etimad göstərirlər.

    Brifinqdə həmçinin paytaxt Vaşinqtonda Milli Qvardiyanın yerləşdirilməsi ilə bağlı suallar cavabsız qalıb. Ağ Ev yalnız təhlükəsizlik tədbirlərinin davam edəcəyini vurğulayıb.

    Eyni zamanda administrasiya ABŞ hökumətinin “Intel” şirkətinin 10 faiz payını əldə etməsi barədə razılaşma üzərində işlədiyini açıqlayıb. Ağ Ev bildirir ki, bu addım ölkənin milli təhlükəsizlik və iqtisadi maraqlarına xidmət etməklə yanaşı, ABŞ istehsal zəncirlərini də gücləndirəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR