AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

PEZEŞKİYAN İRƏVANA SƏFƏR EDİB

  • + A
  • - A
  • Bu gün, 08:59

    PEZEŞKİYAN İRƏVANA SƏFƏR EDİB

    İran Prezidenti Məsud Pezeşkian rəsmi səfərlə İLK İrəvana gedib. Prezident İRƏvanda Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən rəsmi mərasimlə qarşılanıb. Liderlər ikitərəfli danışıqlar aparıb və münasibətlərin inkişafı barədə birgə bəyanat imzalayıblar.

    Bundan başqa, Ermənistanın Baş naziri və İran Prezidentinin iştirakı ilə bir sıra sənədlər - standartlaşdırma, verifikasiya, uyğunluğun qiymətləndirilməsi, metrologiya və texniki tənzimləmə sahəsində əməkdaşlıq haqqında memorandum; tibbi məhsulların istehsalının tənzimlənməsi üzrə qarşılıqlı fəaliyyət haqqında memorandum; Ermənistan və İranın muzeyləri, kitabxanaları və milli arxivləri arasında əməkdaşlıq haqqında memorandumlar və s. imzalanıb.

    Nikol Paşinyan birgə mətbuat konfransında bildirib ki, Ermənistan ilə İran arasındakı illik ticarət dövriyyəsi hazırda təxminən 1 milyard dollar təşkil edir. Rəsmi İrəvan bu göstəricini yaxın illərdə 3 milyard dollara çatdırmaq niyyətindədir. Baş nazir qeyd edib ki, Avrasiya İqtisadi İttifaqı ilə İran arasında azad ticarət sazişi sahibkarlar üçün yeni imkanlar açır.

    Paşinyan həmçinin vurğulayıb ki, iki ölkə münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq barədə razılığa gəliblər. Onun sözlərinə görə, bunun üçün zəruri addımların atılması vaxtı yetişib.

    Səfər çərçivəsində İran Prezidenti Ermənistan Prezidenti Vaaqn Xaçaturyan ilə də görüşüb. Dövlət başçıları regional məsələləri, xüsusilə də yeni kommunikasiya xətlərinin açılması perspektivlərini müzakirə ediblər.

    Ermənistan Prezidenti ümidvar olduğunu bildirib ki, bu səfər iki ölkə münasibətlərinin möhkəmlənməsinə xidmət etməklə yanaşı, bölgədə sülh və sabitliyə də töhfə verəcək.

    Tərəflər bəyan ediblər ki, regionda uzunmüddətli sülhün və təhlükəsizliyin təmin olunması, eləcə də suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında ticarət yollarının formalaşdırılması bütün regionun maraqlarına cavab verir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR