AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zelenski və Putin ABŞ-siz görüşə bilər

  • + A
  • - A
  • Bu gün, 09:05

    Zelenski və Putin ABŞ-siz görüşə bilər

    Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin arasında mümkün görüşün yeri hələ dəqiqləşməyib. Ağ Ev rəsmilərinin CNN-ə verdiyi məlumata görə, həm ikitərəfli, həm də sonrakı üçtərəfli sammit üçün bir neçə variant müzakirə olunur.

    Prezident Donald Trampın Macarıstanın Baş naziri Viktor Orbanla telefon danışığında Budapeştin xüsusi qeyd olunduğu bildirilir. Lakin Beynəlxalq Cinayət Məhkəməsinin Putinə qarşı verdiyi həbs orderi Avropada ev sahibliyi imkanlarını xeyli məhdudlaşdırır.

    Alternativ məkan kimi İsveçrə də nəzərdən keçirilir. Xarici işlər naziri İqnazio Kassis Bern şəhərində keçirilən diplomatik konfransda bildirib ki, İsveçrə belə bir görüşə ev sahibliyi etməyə hazırdır. Onun sözlərinə görə, Cenevrə BMT-nin Avropa mərkəzi kimi xüsusi statusa malikdir və bu status hüquqi çətinliklərin aradan qaldırılmasına şərait yaradır. Həmçinin əgər Putin Cenevrəyə sülh üçün gələrsə, ona toxunulmazlıq hüququ veriləcək.

    Belarus da öz növbəsində Moskvanın istəyi olarsa, görüşə ev sahibliyi etməyə hazır olduğunu açıqlayıb. Prezident Aleksandr Lukaşenkonun mətbuat katibi Natalya Eismont qeyd edib ki, “qardaş respublikada sülh naminə” belə bir təşəbbüs reallaşdırıla bilər.

    Son Alyaska görüşündə isə Vladimir Putin Trampla telefon danışığı zamanı Moskvanı görüş yeri kimi irəli çəkib.


    Xatırladaq ki, əvvəlki sammit Alyaskadakı hərbi bazada keçirilmişdi. Yeni görüşün yeri və zamanı ilə bağlı hələ yekun qərar qəbul olunmayıb. ABŞ Prezidenti Donald Tramp isə açıqlamasında Zelenski ilə Putinin əvvəlcə təkbətək görüşməsini daha məqsədəuyğun hesab etdiyini, lazım gəldikdə isə prosesə özünün də qoşula biləcəyini bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR