Elon Maskın süni intellekti təqibə məruz qalıb
Elon Maskın süni intellekt startapı xAI ciddi tənqidlərə məruz qalıb. Səbəb, şirkətin təqdim etdiyi Grok adlı çatbotla aparılan yüz minlərlə söhbətin internetdə açıq şəkildə
yayılmasıdır. Forbes-in məlumatına görə, istifadəçilər “paylaş” düyməsinə basdıqda, onların yazışmaları xəbərdarlıq edilmədən avtomatik olaraq ictimai səhifəyə yerləşdirilib
və bu səhifələr Google, Bing və DuckDuckGo kimi axtarış sistemləri tərəfindən indekslənib.
Nəticədə 370 mindən çox söhbət açıq şəkildə görünür. Bu söhbətlər arasında gündəlik yazışmalar yer alsa da, həmçinin narkotik hazırlanması, partlayıcı qurğular, zərərli
proqramların yazılması, hətta MaskA sui-qəsd planı kimi təhlükəli məzmunlar da ortaya çıxıb.
Forbes bəzi söhbətlərdə şəxsi məlumatların, şifrələrin və hətta yüklənmiş sənədlərin də aşkara çıxdığını bildirib. Digər hallarda isə tibbi və psixoloji xarakterli məxfi sualların
ictimailəşdiyi görünür.
Bu hadisə, ötən il OpenAI-nın ChatGPT yazışmalarının da qısa müddətlik axtarış sistemlərində görünməsi qalmaqalını xatırladır. O zaman Elon Mask OpenAI-ni sərt tənqid
edərək Grok-da belə funksiyanın olmadığını vurğulamışdı.