AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Premyer Liqa: “Şamaxı” “Sabah”la, “Turan Tovuz” “Araz-Naxçıvan”la üz-üzə gəlir

  • + A
  • - A
  • Bu gün, 11:00

    Premyer Liqa: “Şamaxı” “Sabah”la, “Turan Tovuz” “Araz-Naxçıvan”la üz-üzə gəlir

    Misli Premyer Liqasında II turun daha iki oyunu bu gün keçiriləcək.

    Günün ilk matçında “Sabah” “Şamaxı”nın qonağı olacaq. Qarşılaşma saat 17:00-da start götürəcək.

    Meydan sahibləri ilk turda səfərdə “Neftçi” ilə heç-heçə edib -1:1. “Sabah” - “Qarabağ” oyunu isə təxirə salınmışdı.

    Günün ikinci görüşündə “Turan Tovuz” “Araz-Naxçıvan”la üz-üzə gələcək. Matç saat 19:30-da başlayacaq. Tovuz klubu I turda “İmişli”ni məğlub edib - 1:0. Naxçıvan təmsilçisi isə “Zirə” ilə bərabərə qalıb - 1:1.

    Misli Premyer Liqası

    1-ci dövrə, II tur

    24 avqust

    17:00. “Şamaxı” – “Sabah”
    Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Akif Əmirəli, Kamran Əliyev.
    VAR: Əliyar Ağayev.
    AVAR: Zeynal Zeynalov.
    Hakim-inspektor: Ceyhun Haşımov.
    AFFA nümayəndəsi: Nəriman Axundov.
    Şamaxı şəhər stadionu

    19:30. “Turan Tovuz ” – “Araz-Naxçıvan”
    Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Əkbər Əhmədov.
    VAR: Elçin Məsiyev.
    AVAR: Pərvin Talıbov.
    Hakim-inspektor: İmanxan Sultani.
    AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
    “Azərsun Arena”

    Qeyd edək ki, II turun əvvəlki oyunlarında “Neftçi” “İmişli” ilə heç-heçə edib. “Sumqayıt” “Qarabağ”ı (1:0), “Karvan-Yevlax” “Kəpəz”i (3:2) məğlub edib. Tura avqustun 25-də “Qəbələ” - “Zirə” matçı ilə yekun vurulacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR