AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

XAMENEİ: ABŞ İLƏ GƏRGİNLİK HƏLLOLUNMAZDIR

  • + A
  • - A
  • Bu gün, 07:43

    XAMENEİ: ABŞ İLƏ GƏRGİNLİK HƏLLOLUNMAZDIR

    İranın ali lideri Ayətullah Əli Xamenei ABŞ-la mövcud vəziyyətin “həllolunmaz” olduğunu bəyan edib. Dövlət mediasının yaydığı açıqlamaya görə, o bildirib ki, Tehran heç vaxt Vaşinqtonun təzyiqlərinə boyun əyməyəcək.

    Xameneinin sözlərinə görə, Qərbin əsas məqsədi İranı Amerikaya tabe etdirməkdir. Lakin o vurğulayıb ki, İran xalqı bütün gücü ilə bu cür “səhv gözləntilərə” qarşı dayanacaq.

    Bu bəyanat, İran və Avropa dövlətlərinin cümə günü nüvə zənginləşdirmə proqramı ilə bağlı danışıqları bərpa etmək razılığına gəlməsindən sonra səslənib.

    Xatırladaq ki, iyun ayında ABŞ və İsrailin nüvə obyektlərinə hava zərbələri ilə müşayiət olunan 12 günlük müharibədən sonra Tehran Vaşinqtonla danışıqları dayandırmışdı.

    Fransa, Böyük Britaniya və Almaniya isə xəbərdarlıq edib ki, əgər Tehran danışıqlara qayıtmasa, BMT Təhlükəsizlik Şurasının “snapback” mexanizmi ilə sanksiyalar yenidən aktivləşdirilə bilər.

    ABŞ və Avropa dövlətləri İranı nüvə silahı hazırlamaqda ittiham edir. Tehran isə məqsədinin yalnız nüvə enerjisi istehsalı olduğunu bildirir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR