D.TRAMP NAĞDSIZ GİROVU LƏĞV EDİB
ABŞ prezidenti Donald Tramp Oval kabinetdə yeni icra sərəncamı imzalayıb. Sənəd nağdsız girov siyasəti tətbiq edən ştat və şəhərlərə ayrılan federal maliyyə vəsaitlərinin dayandırılmasını nəzərdə tutur.
Ağ Evə görə, baş prokuror ölkə üzrə bu siyasəti həyata keçirən yurisdiksiyaları müəyyən edəcək və həmin bölgələrə qrantlar və subsidiyalar məhdudlaşdırılacaq.
Tramp çıxışı zamanı demokratların idarə etdiyi şəhərlərdə artan cinayət hallarını misal göstərərək, yeni fərmanın ictimai təhlükəsizliyi gücləndirmək məqsədi daşıdığını vurğulayıb.
"Mən diktator deyiləm , sadəcə ,Sağlam düşüncəyə malik adamam. Şəhərlərimizə nə baş verdiyini görəndə biz hərəkətə keçməliyik. Bu, ölkəmizi geri qaytarmaq üçündür."
[/sinxron]
Ağ Evin rəhbəri ikinci sərəncamında ABŞ Baş Prokuroruna Amerika bayrağını təhqir edənləri, o cümlədən onu yandıranları mühakimə etməyi əmr edib.
Eyni icra sərəncamı bayrağı təhqir edən şəxslərə viza, yaşayış icazəsi və milliləşdirmə prosedurlarının verilməsini qadağan edir və dayandırır.
Prezident Vaşinqtonda Milli Qvardiya və federal agentliklərin iştirakı ilə təhlükəsizliyin yaxşılaşdırıldığını, qətl hadisələrinin son günlərdə kəskin azaldığını bildirib.
Tramp həmçinin Çikaqoya qoşun göndərmək ehtimalını da dilə gətirib. Onun sözlərinə görə, məsələ partiyalararası deyil və ölkənin təhlükəsizliyini təmin etmək üçün atılan addımdır.