ABŞ 3 ŞTATA MALİYYƏ XƏBƏRDARLIĞI EDİB
ABŞ Nəqliyyat naziri Şon Daffi bəyan edib ki, Kaliforniya, Vaşinqton və Nyu-Meksiko ştatları yük maşını sürücülərinin ingilis dili biliyinə dair tələblərə riayət etmədiyi üçün 30 gün ərzində tədbir görməsələr, federal maliyyələşmədən məhrum edilə bilərlər.
Nazirin sözlərinə görə, bu qərar siyasi deyil, yol təhlükəsizliyi ilə bağlıdır. Sürücülər yol nişanlarını başa düşməli, həmçinin polis əməkdaşları ilə ünsiyyət qura bilməlidirlər.
Qaydalara əməl olunmadığı halda, Motor Carrier Safety Assistance Program çərçivəsində Kaliforniya 33 milyon dollar, Vaşinqton 10,5 milyon dollar, Nyu-Meksiko isə 7 milyon dollardan məhrum ola bilər.
Daffi əlavə edib ki, əsas məqsəd maliyyəni kəsmək yox, ştatları qaydalara əməl etməyə vadar etməkdir.