AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

PAKİSTAN DAŞQINLARA QARŞI TƏDBİR GÖRÜB

  • + A
  • - A
  • Bu gün, 08:36

    PAKİSTAN DAŞQINLARA QARŞI TƏDBİR GÖRÜB

    Pakistan rəsmiləri bildirib ki, qonşu Hindistanın daşan su anbarlarından və şişmiş çaylardan sərbəst buraxdığı su nəticəsində sərhəd bölgələrində əhalinin təhlükəsizliyi üçün genişmiqyaslı tədbirlər görülüb və on minlərlə sakin təhlükəsiz ərazilərə köçürülüb.

    Pakistanın Milli Fəlakət İdarəsi (NDMA) qeyd edib ki, Sucley çayının su səviyyəsinin artacağı barədə qabaqcadan xəbərdarlıq edilmiş və Punjab vilayətinin müxtəlif rayonlarında fövqəladə təxliyələr həyata keçirilmişdir. Belə ki, Kasur rayonundan 14,000-dən çox və Hindistan sərhədinə yaxın Bahavalnagar şəhərindən isə 89,000-dən artıq sakin təhlükəsiz ərazilərə yönəldilmişdir.
    Rəsmi qurumlar əhalini çay və aşağı relyefli ərazilərdən uzaq durmağa və fövqəladə xəbərdarlıqlara riayət etməyə çağırıb.

    Ötən ay Pakistanın şimal-qərb bölgəsində baş verən ani sel fəlakəti nəticəsində Buner rayonunda 300-dən çox sakin həyatını itirmişdir.

    İyunun 26-dan bəri Pakistan üzrə mövsümi yağışlar nəticəsində ümumilikdə 800-dən çox insan həlak olmuş, həmçinin Hindistan tərəfindən idarə olunan Kaşmir bölgəsində 65 nəfər ölüb, yüzlərlə sakin isə öz evlərini tərk etmək məcburiyyətində q
    alıb. Bölgədə çay və su kanalları hələ də daşmaqda davam edir, su daşqınları evlərə, yollar və körpülərə ciddi ziyan vurub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR