AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ÇİNDƏ İLK ULTRA SIFIR-KARBON BİNA AÇILDI

  • + A
  • - A
  • Bu gün, 08:38

    ÇİNDƏ İLK ULTRA SIFIR-KARBON BİNA AÇILDI

    Çinin Şandun əyalətinin Qingdao şəhərində dünyanın ilk ultra sıfır-karbon binası istifadəyə verilib. Layihə ölkənin sıfır-karbon tikinti sahəsində əhəmiyyətli irəliləyişini nümayiş etdirir.

    Ümumi 23 mərtəbədən ibarət ofis binasının elektrik sərfiyyatı gündəlik təxminən saatDA 6 min kilovattəşkil edir. Ənənəvi damüstü günəş panellərindən fərqli olaraq, binanın üç tərəfi inteqrasiya olunmuş fotovoltaik şüşə fasadlarla təchiz edilib. Bu sistem gündəlik 1 500 kilovat-saat enerji hasil edərək binanın enerji tələbatının 25 faizini yaşıl mənbələr hesabına ödəyir.

    Bundan başqa, obyekt enerjinin saxlanılması üçün istifadə müddəti bitmiş elektrik avtomobili batareyAlArindən yararlanır. Ümumilikdə 14 ədəd təkraristifadə olunan akkumulyator artıq istehsal edilən enerjini yığmaqla yanaşı, həm də elektrik şəbəkəsindən pik olmayan saatlarda ucuz tariflə təmiz enerji toplamağa imkan verir.

    Bu texnologiyalar sayəsində bina həm ekoloji davamlılıq, həm də enerji qənaəti baxımından yeni nəsil urban tikinti modelinin nümunəsi kimi qiymətləndirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR