ABŞ REKORD HƏCMDƏ NARKOTİK ƏLƏ KEÇİRİB
ABŞ Sahil Mühafizəsi ölkə tarixində ən böyük narkotik yüklərinin müsadirə olunduğunu açıqlayıb. Əməliyyat Florida ştatının Port Everqlades limanında yekunlaşıb.
Müsadirə olunan yüklərin ümumi çəkisi 35 TONU ötüb. Onların 28 TONU kokain, 7 TONU isə marixuanadIR.
Əməliyyatın mərkəzində “Hamilton” adlı sahil mühafizə gəmisi olub. Bundan əlavə, “Vigilant” və “Diligence” gəmiləri, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus USS “Cole” və USS “Minneapolis-St. Paul”, həmçinin Niderland Krallığının “Friesland” gəmisi də prosesə cəlb edilib.
ABŞ prokurorluğu bildirir ki, kokain əsasən Kolumbiyada istehsal olunur, lakin onun daşınmasında Venesuela mənşəli kartellərin, xüsusilə “Tren de Aragua” qruplaşmasının mühüm rolu var.
Mütəxəssislər hesab edir ki, bu əməliyyat regionda narkotik şəbəkələrinin fəaliyyətinə ciddi zərbə vuracaq.