AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

NETANYAHU “ERMƏNİ SOYQIRIMINI” TANIYIB

  • + A
  • - A
  • Bu gün, 07:28

    NETANYAHU “ERMƏNİ SOYQIRIMINI” TANIYIB

    İsrailin Baş naziri Benyamin Netanyahu, ölkəsinin tarixində ilk dəfə olaraq Birinci Dünya müharibəsi illərində Osmanlı imperiyası tərəfindən ermənilərə qarşı həyata keçirilən qətliamı “soyqırımı” kimi tanıyıb. O, bu fikri erməni əsilli aparıcı Patrik Bet-Davidin podkastında səsləndirib. Baş nazir “Knesset bu barədə qərar qəbul edib” deyə bildirib. Halbuki İsrail parlamentində belə bir qanun layihəsi hələ də təsdiqlənməyib.

    Ermənistan uzun illərdir 1915-ci ildə baş verən və təqribən 1,5 milyon insanın həyatına son qoyan hadisələrin soyqırımı kimi tanınmasına çalışır. Türkiyə isə bu iddiaları qətiyyətlə rədd edir, həmin dövrü bütün xalqlar üçün faciəli bir tarix adlandırır. Ankara hadisələrin “planlı şəkildə ermənilərin məhv edilməsinə” yönəldiyi iddiasını əsassız sayır.

    İsraildə məsələ dəfələrlə gündəmə gətirilsə də, Knessetdə qəbul edilməyib. 2000-ci ildə o zamankı təhsil naziri Yossi Sarid, erməni soyqırımı mövzusunun dərs proqramına daxil ediləcəyini açıqlamışdı. 2011-ci ildə isə parlamentdə rəsmi anım günü elan edilməsi təşəbbüsü irəli sürülsə də, səsverməyə çıxarılmayıb. 2018-ci ildə də bənzər qanun layihəsi gündəmdən çıxarılmışdı.

    Məsələyə beynəlxalq səviyyədə münasibət isə birmənalı deyil. Hazırda 34 dövlət hadisələri soyqırımı kimi tanıyır. ABŞ bu mövqeni yalnız 2021-ci ildə Prezident Co Baydenin dövründə rəsmən açıqladı. Avropada isə əksər ölkələr soyqırımı tanıyıb, lakin İspaniya və Böyük Britaniya hələ də bu addımı atmayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR