ABŞ Prezidenti Donald Trampın oğlu Erik Tramp gələcəkdə Amerika lideri postuna namizədliyini irəli sürmək imkanını istisna etməyib.
Erik bu barədə bu gün “Nikkei Asia” qəzetinə müsahibəsində bildirib.
O, prezidentlik yarışında mümkün iştirakı ilə bağlı sualı cavablandırarkən “yox demirəm, amma bəli də demirəm” deyib.
ABŞ Prezidentinin oğlu belə bir ehtimalı heç vaxt istisna etmədiyini, lakin ticarət dünyasını daha çox bəyəndiyini vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.