AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Almaniya Ukrayna ilə bağlı fikrini dəyişib?

  • + A
  • - A
  • Dünən, 19:00

    Almaniya Ukrayna ilə bağlı fikrini dəyişib?

    Almaniya hökuməti Ukraynaya qoşun göndərmək fikrini dəyişib.

    Bu barədə Almaniyanın “Bild” nəşri hökumət mənbələrinə istinadən məlumat yayıb.

    Xəbərdə bildirilir ki, Almaniya təhlükəsizlik zəmanəti kimi Ukraynaya qoşun göndərməyi düşünmür. Bunun əvəzində Almaniya maliyyə yardımı etməyi planlaşdırır.

    Belə ki, Rusiya və Ukrayna arasında atəşkəs əldə olunacağı təqdirdə Almaniya hökuməti təhlükəsizlik zəmanətinin təmin edilməsi çərçivəsində başqa addım atacaq.

    Qəzet yazır ki, rəsmi Berlin atəşkəs olacağı təqdirdə Ukrayna silahlı qüvvələrini daha da gücləndirməyə hazırlaşır.

    Qeyd edək ki, bir neçə gün öncə Almaniyanın Ukraynada sülhdən sonra bu ölkəyə qoşun göndərəcəyi barədə məlumatlar yayılmışdı.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR