AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ALMANİYA KANSLERİ XƏBƏRDARLIQ EDİB

  • + A
  • - A
  • Bu gün, 07:23

    ALMANİYA KANSLERİ XƏBƏRDARLIQ EDİB

    “Müharibəni tezliklə bitirməyə çalışırıq, amma bu, Ukraynanın təslim olması hesabına baş verməyəcək.”
    Bunu Almaniya kansleri Fridrix Mers Almaniya dövlət telekanalına müsahibədə deyib.
    Mertz Ukraynanın müdafiəsini dəstəyini bildirib qeyd edib ki, müharibənin hələ uzun müddət davam edəcəyini gözləyir.
    Onun sözlərinə görə, əgər Ukrayna təslim olsaydı, Rusiya bununla kifayətlənməyəcək və növbəti ölkəyə hücum edəcəkdi.
    “Bu variant yolverilməzdir” – deyə kansler əlavə edib.

    O bildirib ki, müttəfiqlərlə aparılan danışıqlar əsasən atəşkəsdən sonrakı dövrdə Ukraynanın təhlükəsizliyini gücləndirəcək zəmanətlə bağlıdır. Bu məsələdə Qərb qoşunlarının Ukraynaya göndərilməsi isə müzakirə olunmur.

    Moskva bəyan edib ki, Avropa hərbi qüvvələrinin Ukraynada yerləşdirilməsi ilə bağlı müzakirələr “yolun sonu” olacaq.

    Bu arada Ukrayna prezidenti Vladimir Zelenski növbəti dəfə Rusiyanın danışıqlarda “konstruktiv mövqe sərgiləmədiyini” xatırladıb.
    Ukrayna ABŞ-ın atəşkəs və Putinlə Zelenski arasında birbaşa görüş təşəbbüsünü qəbul etsə də, Moskva buna etiraz edib.
    Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ötən həftə Rusiyanın danışıqlara həqiqətən hazır olub-olmadığını iki həftə ərzində biləcəyini söyləyib.
    Kreml tərəfindən razılıq olmayacağı təqdirdə Ağ Evin Rusiyaya qarşı sərt sanksiyalar qəbul edəcəyi gözlənilir.
    3 ildən artıqdır ki, davam edən Rusiya-Ukrayna müharibəsində Ukrayna təxminən 20 faiz ərazisinə nəzarəti itirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR