AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

U.LYAYEN BOLQARISTANA SƏFƏR EDİB

  • + A
  • - A
  • Bu gün, 07:25

    U.LYAYEN BOLQARISTANA SƏFƏR EDİB


    “Ukraynanın müdafiəsini gücləndirərkən öz müdafiəmiz üçün də məsuliyyət daşımalıyıq.”
    Bunu Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Bolqarıstana səfərində deyib.

    O, Bolqarıstanın barıt və artilleriya mərmilərinin istehsalı üçün yeni müəssisələri də əhatə edən müdafiə planlarını alqışladığını bildirib və Avropanın bütün müdafiə imkanlarının artırılmasının vacibliyini vurğulayıb.
    Fon der Lyayen Bolqarıstan baş naziri Rosen Jelyazkovla birlikdə ölkənin ən iri silah istehsalı müəssisəsini ziyarət edib.

    O, daha əvvəl Polşa baş naziri Donald Tuskla birlikdə Polşa-Belarus sərhədinə də baş çəkib, Krınki məntəqəsində sərhədçilər və hərbi komandanlıqla görüşüb.
    O, Polşanın sərhədini bütün Avropa üçün “ön cəbhə” adlandırıb, onun Rusiyaya qarşı müdafiəsinin gücləndirilməsi üçün maliyyə dəstəyi verəcəklərini açıqlayıb.
    Fon der Lyayen Putinin yırtıcı olduğunu deyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR